29 Dekabr 2021
13:26
22676

Kirayədə qalanların DİQQƏTİNƏ: Əlavə pul verilə bilər

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov kirayədə qalan şəxslərin sosial yardım almaq prosedurundan danışıb.

İslahat.az xəbər verir ki, o, "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında kirayədə qalmağın şəxslərin sosial yardım almasına maneə olmadığını bildirib.

Onun sözlərinə görə, vətəndaş sosial yardım almaq üçün müraciət edərkən kirayə qalmağı ilə bağlı məlumatları fonda təqdim edir. Bundan sonra kirayə xərcləri də həmin vəsaitə əlavə olunur".

İslahat.az