15 Sentyabr 2021
11:45
23075

Kim Çen İn ABŞ-a gözdağı verdi - Atılan ballistik raketin hara düşdüyü bilinmir

Şimali Koreya daha bir raket sınağı keçirib.
 
İslahat.az bildirir ki, bunun ballistik raket sınağı olduğu ehtimal edilir. 

Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Sınağın bu gün səhər saatlarında baş tutduğu bildirilib. 

Yaponiya Sahil Mühafizəsi raketin ölkənin xüsusi iqtisadi zonasının xaricinə düşmüş ola biləcəyini deyib. Cənubi Koreya Baş Qərargahının yaydığı xəbərdə isə qeyd edilib ki, Şimali Koreya raketini ölkənin şərq sahillərinə atıb.  

Digər tərəfdən raketin ötən gün ABŞ və Cənubi Koreya diplomatlarının Tokioda "Şimali Koreya” mövzusunda zirvə görüşü keçirməsindən sonra atılması diqqət çəkib. 
 
İslahat.az