15 Sentyabr 2020
17:12
2783

Kənd yollarında cari təmir işləri görülür (FOTOLAR)

Sumağallı-Qalacıq avtomobil yolunun 0-4  kilometrlik hissəsində cari təmir işləri aparılır.
 
İslahat.az xəbər verir ki, yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər "9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.

Bundan əlavə, Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün 6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.
 
İslahat.az