Kəlbəcərin işğaldan azad edilməsi Prezident İlham Əliyevin qalib Sərkərdə olduğunu bir daha sübut edir.
Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün
işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından
dərhal çıxarılması tələb olunsa da rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş,
beynəlxalq təşkilatlar isə Ermənistana qarşı heç bir təsir göstərməmişdir.
Nəticədə isə BMT-nin qəbul etdiyi beynəlxalq qətnamə 30 ilə yaxın bir
müddətdə kağız üzərində qalmışdır.
Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti
bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-dəKəlbəcərrayonu
Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147
yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin bir güllə atılmadan,
heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə
də qalib Sərkərdə olduğunu sübut edir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın
26-da"Kəlbəcərin azad olunmasına görə” medalınıtəsis edərək
rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi
igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
9424 hərbi qulluqçusunu təltif etmişdir.
2021-ci il avqustun 16-daAzərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanıİlham Əliyevvə birinci
xanımMehriban Əliyevaişğaldan azad olunmuş Kəlbəcər rayonunda
səfərdə olmuşlar. Ölkə başçısı cənab İlham Əliyev
KəlbəcərdəAzərbaycan bayrağınıucaltmışdır. Səfər zamanı
dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində
Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşlar. Çəkilən yeni yol Göygöl və
Kəlbəcər rayonlarını birləşdirəcəkdir. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil
yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Səfər zamanı
"Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq
olmuş, 110/35/10 kilovoltluq "Kəlbəcər” yarımstansiyasının açılışı
edilmişdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və
birinci xanımMehriban Əliyevanın cari ilin 16 avqust tarixində reallaşan
səfərlərindən sonra Kəlbəcər rayonunda bərpa-quruculuq
işlərinə rəsmi olaraq start verilmişdir.
Artıq Kəlbəcər rayonu da daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə
fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı
tikinti-quruculuq işləri həyata keçirilir.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Kəlbəcər qədim yaşayış məskənlərindən biridir
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış
məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası
nümunələri aşkar edilib Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu
ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji
dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir
ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
"Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala” deməkdir.
Kevli "çayın üstü”, çer/car "qala” mənasını verir. Yaşayış məntəqəsinin
yerləşdiyi qayadaTərtərçayçayı boyunca cərgə ilə düzülmüş qədim
süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və
qədim türk dillərindəki cər komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki
oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının
adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcərdə "Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var.
Bunların ən böyüyüKəlbəcərdə Alıbəyli,və Zar kəndlərin
ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri
ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və
günbəzlərlə zəngindir. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji
tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri
meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya
Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi
Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da
böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan
növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması
böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində
artıq Azərbaycanın bütün dağlıq zonalarında, İstisu yaylaqlarında məskunlaşma
başa çatıb. Rayonun "Qaragöl” və "Zalxa gölləri” sahillərində, "Ayıçınqıllı” və
"Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən
öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi
ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib.
Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb.
Mürəkkəb quruluşlu bu tikilinin divarları qaya parçalarından və çay daşlarından
hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Kəlbəcər rayonu
8 avqust 1930-cu ildə Kəlbəcər rayonu inzibati-ərazi vahidi
yaradılıb, inzibati mərkəziKəlbəcər şəhəridir. Rayonun ərazisi 1936
kvadrat kilometr, 128 kənddən ibarət olmaqla Şərqi Zəngəzur iqtisadi rayonunda
yerləşir. Rayon Murovdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və
Qarabağ Vulkanik yaylasının bir hissəsində yerləşir. Ərazinin yüksək keçən soyuq
və dağ tundura iqlimi üstünlük təşkil edir. Ərazidə ölkəmizin ən böyük
çaylarından biri olan Tərtər çayının yuxarı axarı və qolları Bazarçay Xaçınçay
rayon ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su
anbarı rayon ərazisindədir. Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq
meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp
çəmənlikləri yayılmışdır. Rayon ərazisində faydalı qazıntıları olan qızıl,
civə, qum, çınqıl, mışar daşı və mineral sular mövcuddur.
Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi
abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi
abidələrin əksəriyyətini məhv ediblər. Tarix-Mədəniyyət abidələrmiz olan Vəng
kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi, Qanlıkənd
ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu
qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası,
Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid,
Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər
Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü
yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal dövründə erməni vandalları
tərəfindən dağıdılaraq viran edilmişdir.
Şəhla Eminova –əməkdar müəllim
Kağız üzərində qalmış beynəlxalq qətnamə
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik
Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin
Kəlbəcər vəAzərbaycanındigər işğal olunmuş rayonlarından dərhal
çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər
hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan
Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq
şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil,
37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in
prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
məskunlaşdırılmasına başlanılıb. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq
təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində
Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə
əsir götürülmüş və itkin düşmüşdür.
Müzəffər Ali Baş Komandan, cənab prezidentimiz ilham Əliyevin rəhbərliyi ilə
qazandığımız Zəfər nəticəsində 10 noyabr 2020-ci ildə imzalanan sülh bəyanata
əsasən 25 noyabrdaerməni silahlı birləşmələriKəlbəcər rayonunu
boşaldaraqAzərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Məğlubiyyətlə
barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror
fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı
meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli
Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan
Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Rasim Hüseynov –Rayon Ağsaqqallar Şurasının sədri
Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir
Azərbaycan Respublikasının Prezidenti vənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva işğaldan qurtarmış ərazilərimizə dəfələrlə səfərlər
edib və bütün dünyaya göstəriblər ki, şəhidlərin qanı bahasına geri alınmış
torpaqlarımızın hər qarışı ən ali səviyyədə sevgi etirafları ilə daha da
şərəflənir. Bu gün Kəlbəcər genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Pilot
layihələr kimi bu rayonun arıçılıqla və heyvandarlıqla məşğul olan sakinləri
dağlar qoynuna gəliblər, şərait yaradılıb ki, onlar öz təsərrüfatlarını yaradıb
işə başlasınlar və artıq bu işlərə də start verilib. Yenidənqurmanın
coğrafiyası durmadan genişlənir. Dövlətimizin başçısı öncə Toğanalı–Kəlbəcər
avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin
təməlini qoyub. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun
layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən,
avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla inşa edilir. Layihənin
16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900
metrdən Murovdağ zirvəsinədək – 3260 metrə qədər artır. Ərazinin çətin relyefi
və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Murovdağ silsiləsinin altından
tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Ermənilər 30 il ərzində bizim torpaqlarımızı yalnız istismar edib, təbii
sərvətləri talayıb, evləri dağıdıb, söküblər. Utanmadan da deyirdilər ki, bura
erməni torpağıdır. Amma yalan ayaq tutsa da, yeriməyib. Buralar heç vaxt erməni
torpağı olmayıb və bundan sonra olmayacaq. Azərbaycan torpağı murdar götürməz.
Biz azərbaycanlılar – bu torpaqların sahibləri ulu yurd yerlərimizə qayıtmışıq.
Düşməni torpağımızdan qovaraq, onun ordusunu məhv edərək, qəhrəmanlıq,
fədakarlıq göstərərək qayıtmışıq.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN AZAD OLUNMUŞ KƏLBƏCƏRƏ SƏFƏRİ
Kəlbəcər rayonu strateji bölgə hesab edilir.Kəlbəcər rayonu
1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmişdi.Bununla da
Ermənistanla Qarabağ arasında əlaqə yaranmışdı.Bu da Azərbaycanın digər
rayonlarının işğalına şərait yaratmışdı.Lakin 2020-ci ildə Prezident İlham
Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan Kəlbəcər rayonu düşmən
işğalından tamamilə xilas olundu.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir güllə atmadan
Kəlbəcər rayonunu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir.
Məhz, bu mənada Cənab Prezidentin Kəlbəcər rayonuna səfəri tarixi hadisə hesab
edilməlidir.
İşğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər də Prezidentimizin göstərişi
ilə bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər
avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin
təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev
çayı üzərində 4,4 MVt gücündə "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə
tanış olması, 110/35/10 kV-luq "Kəlbəcər” yarımstansiyasının açılışında iştirak
etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində
tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının
təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi
prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin
iradəsini nümayiş etdirir.
"Qarabağ, Şərqi Zəngəzur bölgələri, eləcə də Kəlbəcər rayonu barədə həqiqətləri
bütün cəmiyyətimiz, xüsusilə də gənclərimiz bilməlidir”. Azərbaycan Ordusu və
Müzəffər Ali Baş Komandan Kəlbəcər kimi digər rayonları da işğaldan azad
etməklə zəfər, qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı
Ermənistanı məğlub etdi.İllərdir özləri haqqında mif formalaşdırmış düşmən
ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı.Azərbaycan
erməni vəhşiliyini, faşizmini də məhv etdi.İllərdir ədalətin təmin olunmasına
mane olan Ermənistan havadarlarının təzyiqlərinə baxmayaraq, BMT TŞ
qətnamələrini də həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə
torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi
təmizləndi. Hər bir azərbaycanlı bilməlidir ki, satqın və xilaskar
kimlərdir.Biz tariximizi nə qədər dərindən öyrənsək, satqınlıq və xilaskarlıq
tarixini nə qədər yaxşı bilsək, bir o qədər də güclü, qüdrətli olacağıq,
haqqımız olanı təmin edəcəyik, hər kəsi yeni reallıqla barışmağa məcbur
edəcəyik.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna
səfəri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin sevincini
hər birimizə yaşatdı. Ölkə başçısının Kəlbəcərə qədəm qoyması ilə, sanki Kəlbəcərin
hər bir dağı-daşı, gülü-çiçəyi dil açıb öz xilaskarını salamlayırdı.Bizim isə
sevincimizin həddi-hüdudu yox idi.Hamı bir-birini bu xoş gün münasibəti ilə
təbrik edir, bir-birinə gözaydınlığı verirdi.Bu, bir faktdır ki, Müzəffər Ali
Baş Komandan o bölgələrə ayaq basandan sonra bizim də həmin torpaqlara
dönəcəyimiz günün uzaqda olmadığına əminlik hissimiz artır.
Prezidentimizin bu səfəri Ermənistan tərəfinin son zamanlar Azərbaycanın sərhəd
bölgələrində, xüsusi ilə Kəlbəcər və Naxçıvan ərazilərində atəşkəsi pozması,
müxtəlif yalanlar səsləndirməsi dövrünə təsadüf etdi. Bu məqamda həm səfərin
özü, həm də Azərbaycan bayrağının Kəlbəcərdə dalğalandırılması yerinə düşdü.
Bu, Azərbaycan zabitinə, əsgərinə və böyüyən gənc nəslə cəsurluq,
qorxmazlıq nümunəsi idi.
Sərkərdə kimi qalib, Prezident kimi ölkəsini inkişaf etmiş dövlətlər sırasına
çıxaran, övlad kimi ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev ailə
başçısı kimi də bütün gənclərə gözəl bir örnəkdir. Eyni zamanda, çoxşaxəli
fəaliyyəti ilə Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə
cəmləşdirən Mehriban xanım həm gözəl həyat yoldaşı, həm də sədaqətli silahdaş
kimi daim qürurla, fəxrlə cənab İlham Əliyevin yanındadır.İlham Əliyevlə
Mehriban xanımın Kəlbəcərdəki səmimi görüntüləri, gözlərindəki sevinc işığı
insana xoş duyğular bəxş etdi.
Kəlbəcərdə Prezident İlham Əliyevin tövsiyə xarakterli çıxışları oldu. Ölkə
başçısı qeyd etdi ki, Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək ona
"Vardenis” adı qoymuşdur.Göyçə mahalı və digər ərazilərin adını dəyişdirərək öz
torpaqları kimi qələmə vermək istəyirlər, ancaq həmin ərazilər Azərbaycan
torpaqlarıdır və bizim hər birimizin mənəvi borcudur ki, o tarixi yerləri öz
adları ilə adlandırıb yaddaşlara həkk edək.
2021-ci il avqustun 16-da Kəlbəcər rayonuna səfəri dövlət başçısının
işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu
səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin
azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas
diqqətin təzahürüdür. Eyni zamanda əvvəlkilər kimi bu da sıradan bir
səfər deyildi. Bu, xüsusilə İlham Əliyevin Kəlbəcərə müharibədən sonra
ilk səfəri olduğu üçün tarixi əhəmiyyət daşıyırdı.Bu, "Qarabağ və Şərqi
Zəngəzur Azərbaycandır!” – deyən və onu reallığa çevirən İlham Əliyevin
qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Qələbə
sevincinin məntiqi davamı idi. Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza
böyük qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi."Ermənistan ordusunu
məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni
cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq
qayıtdıq.Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” – deyən İlham
Əliyev Kəlbəcərdən bir daha torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin
artıq qayıtdığının müjdəsini bütün dünyaya verdi. İlham Əliyev bu dəfə
Azərbaycan bayrağını Kəlbəcərdə ucaltdı. Müzəffər Ali Baş Komandan bir
daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan
dövlətinin ərazisidir.
Ermənistan ərazisində olan həmin o torpaqlar Azərbaycana məxsus
olub.Xəritələrdə də bu məsələ öz əksini tapıb.Azərbaycanlılar orada əsrlər boyu
yaşayıb və həmin ərazilərin adları da bizə məxsusdur.Prezident İlham Əliyev
müharibədən əvvəl həmişə deyirdi ki, işğal altında olan bütün torpaqlarımızda
bayrağımız dalğalanacaq və belə də oldu.
İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni ab-hava var. Düşmən tapdağından
qurtulan bütün yurd yerlərimizə yenidən həyat verilir.Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri
göstərir ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini
bərpa edəcək.
Könül Rəhimova- Heydər Əliyev Mərkəzinin direktoru
KƏLBƏCƏR QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİNDƏN BİRİDİR
Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz
gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər.Bu
Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir.Kəlbəcər haqqında danışmağa nə
sözlər, nə də zaman yetər.Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı
qızıldır, Kəlbəcərin hər damcı suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı
bərəkətdir, ruzidir. İşğal nəticəsindəKəlbəcərdə:511 nəfər şəhid
oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi,
dünya şöhrətli, "İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət,
ticarət obyekti,172 mədəniyyət ocağı,96 ümumtəhsil məktəbi,76
səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi.
Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda Daşkəsən, Göygöl, Goranboy,
Şimali-şərqdə Tərtər, Şərqdə Ağdam, Xocalı,Cənubda Laçın rayonları ilə
əhatə olunub.KəlbəcərAzərbaycanın yüksəkdağlıq rayonlarından
biridir.Ən hündür zirvələri Camışdağ (3724m) və Dəlidağda (3 616
m)yerləşir.
"Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul
edilib)"çay üstündə qala”deməkdir.
Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara
düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan
icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6
min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri
aşkar edilib.
Kəlbəcərdə "türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var.
Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir.Kəlbəcər
qədimliyinə görə həm də"Azərbaycanın ikinci
Qobustanı”adlandırılır.Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı
yazılı və şəkilli daşların oxşarı – "əkiz”ləridir. "Soltan Heydər”, "Qurbağalı
çay”, "Turşsu”, "Ayçınqıllı”, "Gəlinqayası”, "Böyükdəvəgözü”, "Sərçəli” və s.
yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan
torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş
keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim
heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin
qədimliyini aydın şəkildə əks etdirir.
1990-cı illərin əvvələrindən başlayan erməni işğalları Kəlbəcərdən də yan
ötmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən
işğal olundu.
Bu işğal 30 ilə yaxın bir müddət davam etdi.30 ilə yaxın xalqımızın bağrı
Qarabağ həsrətilə alışdı yandı.Və nəhayət, bu işğala son qoyulmağın zamanı
çatdı. Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyev: " Qarabağ
Azərbaycandır ",- dedi. Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq üçün 44
günlük zəfər yoluna çıxdı. Bəli 44 günlük tayı-bərabəri olmayan, tarix boyu
görünməmiş möhtəşəm azadlıq mübarizəsi, vətən müharibəsi və nəhayət o böyük gün
, qələbə sevinci. Bu gün Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşmağın
sevincini yaşayır.
Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər
işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan
torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan
üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən
təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir.Bununla belə, Kəlbəcərin
bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük
siyasi-diplomatik qələbəsidir.
Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu
əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də
aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş
Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar
planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik
gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali
Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini,
Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük
bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin
belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin
ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan
kapitulyasiya aktını imzalamalı oldu.Bu razılaşmaya əsasən, Ermənistan
Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü.
Kəlbəcər bizim işğal altında olan ən böyük rayonumuz idi və ümumiyyətlə,
Azərbaycanın ən zəngin rayonlarından biridir. Kəlbəcər rayonunda 24 min hektar
meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir.Sovet dönəmində bütün sovet
respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz
Kəlbəcərdədir.Vaxtilə ora böyük kurort zonası idi.Kəlbəcər, həmçinin yeraltı
təbii sərvətlərlə zəngin ərazilərdən biridir.Ötən əsrin 50-ci illərindən
başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı
faydalı qazıntı yataqları aşkarlanmışdır. O cümlədən bu rayonun ərazisində
qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.
Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi
vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad
edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib:
"Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində
onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə,
fəlakət yaratsınlar.Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda
satsınlar.Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər.Onlar
kəlbəcərlilərin evlərinə giriblər, orada yaşayıblar. Məktəbləri yandırırlar,
apara bilmədikləri ev heyvanlarını öldürürlər. Bizim Qələbəmiz təkcə Ermənistan
dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı
bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün Qafqazı
erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu Qələbə erməni faşizminin bütün
bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün dünyaya göstərdi.
Azərbaycanın bu tarixi Qələbəsinin istər ölkədaxili, istər regional, istərsə də
ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər
öyrəniləcək və qiymətləndiriləcəkdir.
Nicat Əhmədzadə- Heydər Əliyev Mərkəzinin fond mühafizi
KƏLBƏCƏR RAYONUNDA BƏRPA–QURUCULUQ İŞLƏRİNƏ ARTIQ RƏSMİ START VERİLMİŞDİR
Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş
planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində
həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq
işləri başlanılıb. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: "Qarabağı
cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib.Bütün işlər görülür,
planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.
”Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil
olunacaq”,- deyən prezidentimizin tapşırıqları uğurla icra olunur.
Azad edilmiş torpaqlarımıza səfərlər zamanı Prezident, Ali Baş Komandan
yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış
olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir,
yeni tapşırıqlar verib, həmçinin azad olunmuş ərazilərlə Azərbaycanın digər
ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət
edir. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində
Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində bildirmişdir ki,
indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək,
azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan
sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq
start verilib.Bu da əsas vəzifələrdən biridir.
İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur.
Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə
zəngindir.Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq
və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli
ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli
ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı
tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu
kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı
yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton)
yatağı; 1 obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır. Sənaye
ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda
yerləşən Levçay yatağıdır.Həmin rayonda yerləşən digər civə yatağının
ehtiyatları istismar nəticəsində tükənib”.
Kəlbəcərdə istilik elektirik sistemləri qurulur: "Azərenerji tərəfindən orada
çox böyük işlər aparılır. Kəlbəcərdə elektirik stansiyalarının açılışı həm
Kəlbəcər, həm də bütövlükdə Qarabağa qayıdacaq vətəndaşlarımızın yaşayışı və
rifahı üçün müstəsna əhəmiyyətə malikdir.Bütövlükdə cənab Prezidentin Qarabağın
hər bir bölgəsinə səfəri tarixi əhəmiyyət daşıyır.Çünki cənab Prezident orada
yenidən yaşayışın və bərpanın təməllərini qoyur.
Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi,
zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı
İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su
yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Zirvələri
Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən
İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək
temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.Onun suları
ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək
mümkündür.İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma
zavodu tikilib.Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.Rayonun
İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50
mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu
sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist
marağının sayını artıracaq.
Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə
zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin
Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir.Erməni
vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya
göstərmiş oldular.Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman
onların olmayıb.Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və
şəkilli daşların oxşarı – "əkiz”lərdir.
Bu gün keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da
gündəlikdə duran məsələdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı
üzərində 4,4 MVt gücündə "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə
yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə
panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi
ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti vardır və cəmi altı ay ərzində bu
yarımstansiya istifadəyə verilib.Prezident İlham Əliyevin sərəncamına əsasən
uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi
aparılır. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi
aparılacaqdır.
Prezident İlham Əliyevin qeyd olunan nitqində də vurğuladığı kimi, hazırda
qarşıda dayanan ən ümdə məsələ Qələbənin nəticələrinin əbədiləşdirilməsi üçün
doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin
etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil
etməkdən ibarətdir. Odur ki, işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar
üzrə bölgüsünə yenidən baxılması günün tələbləri sırasında oldu.Əvvəldə də qeyd
etdiyimiz kimi, işğaldan azad edilən ərazilərimiz sənaye, turizm, aqrar
sektorda böyük potensiala malikdir.2021-ci il Azərbaycanın həyatında quruculuq
və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş
ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar
atılıb.Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və
icrasına böyük ehtiyac var. Əldə edilmiş tarixi Qələbə qarşıdakı illərdə
sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək.Həyata keçirilən
sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə
Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf
edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.
Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə
deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat
qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun
ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Bu gün Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı
gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət
edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə
əməli tədbirlər görür. Azərbaycan xalqı öz Prezidentinə inanır və
güvənir.İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin
bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad,
gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.Bunun üçün hər bir imkan,
hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz
xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi
barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir.
Xanım İmanova- Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir
Qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi və
mədəni irsi ilə, zəngin təbiəti və strateji-coğrafi mövqeyi ilə Azərbaycanın
dilbər güşələrindən biridir. Vətən müharibəsində əldə etdiyimiz qələbə
nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun
147 yaşayış məntəqəsi işğaldan azad edildi. İşğaldan azad olunan Kəlbəcər
rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o
cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Kəlbəcər rayonunda sənaye
əhəmiyyəti olan civə ehtiyatları yerləşir.Kəlbəcərin turizm sahəsinin inkişafi
üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət
iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir.Uzun illər rayonun İstisu
qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərmişdir. Orada hər il 50
mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Ermənistanın
işğalından sonra bölgənin təbii ehtiyatları qanunsuz istismar edilib. Hazırda
"İstisu” ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran əsas vəzifələrdən
biridir.
O cümlədən Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi
abidələrlə zəngindir.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuş və Prezident
İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır. O cümlədən 16 avqust
tarixində dövlətimizin başçısı və birinci xanım Toğana -Kəlbəcər avtomobil yolu
üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə, Göygöl və
Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək.
Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir.
İşğaldan azad olunmuş bütün ərazilərimizdə fərqli təyinatlı infrastruktur
layihələri reallaşdırılır. Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə görə,
həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına
görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər
Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz ki, qısa zaman
kəsiyində Kəlbəcər vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə,
yurdlarına qayıdacaqlar.
Vəfa Bayramova – Həsən bəy Zərdabi muzeyinin direktoru
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi
44 günlük Vətən müharibəsində biz tək torpaqlarımızı qazanmadıq,
eyni zamanda cəsurluğumuzu, qüdrətimizi, həmrəyliyimizi, siyasi əqidə birliyimizi
bütün dünyaya nümayiş etdirdik. Bu milli birliklə Azərbaycan xalqı haqlı
savaşında hərbi qələbəsini təmin etdi.
Son illər ölkəmizdə milli maraqlar üzərində qurulan siyasət, ölkədə fəaliyyət
göstərən siyasi partiyaların ümumdövlət məsələlərində vahid mövqe nümayiş
etdirməsi, sağlam iqtidar-müxalifət dialoqunun qurulması bütün dünyaya milli
həmrəyliyimizin möhkəm əsasları olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli
həmrəylik siyasəti, onun səsləndirdiyi "Biz birlikdə güclüyük” şüarı Vətən
müharibəsi zamanı qələbənin qazanılmasında mühüm rol oynadı.
Azərbaycan öz suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf
etmək üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək Füzuli,
Qubadlı, Cəbrayıl, Zəngəzur rayonlarını, Şuşa şəhərini, eləcə də 300 dən çox
qəsəbə və kəndləri azad edərək düşməni sülhə məcbbur etmişdir.
Qələbəmiz sayəsində əldə etdiyimiz üçtərəfli bəyanata əsasən noyabrın 25-də
Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər də daxil olmaqla rayonun
147 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq –quruculuq işlərinə, yeni
infrastuktur layihələrinin həyata keçirilməsinə başlanılmışdır. Ölkə başçısı
tərəfindən bütün ərazilərdə böyük inkişaf təməllərinin atılması gələcəkdə
regionda mühüm potensiala sahib olan bu ərazilərin iqtisadi inkişafını təmin
edəcəyinə şərait yaradır.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
İslahat.az