20 Aprel 2022
11:44
18009

Kəlbəcərdə hərbçimiz minaya düşdü

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

İslahat.az xəbər verir ki, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.

Xəsarət alan hərbçimiz hospitala yerləşdiirlib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

İslahat.az