17 Noyabr 2021
11:36
22515

Karate üzrə dünya çempionatında ikinci gün: Debütant mübarizəni dayandırdı

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında ikinci günə start verilib.

İslahat.az xəbər verir ki, artıq bir karateçimiz mübarizəyə başlayıb.

Debütant karateçimiz olan Ayla Rzazadə mübarizəni ilk görüşdə uduzaraq dayandırıb. Bu gün daha dördkarateçimiz mübarizə aparacaq.

Karate üzrə dünya çempionatı

Qadınlar

-50 kq Nuranə Əliyeva – Lutsia Kovaçikova (Slovakiya)

-55 kq İlahə Qasımova – Maya Şerer (İsveçrə)

-61 kq Ayla Rzazadə – Fatimə-Zəhra Şajay (Mərakeş) 0:3

Kişilər

-60 kq Əminağa Quliyev – Bander Abdulla (Bəhreyn)

-67 kq Tural Ağalarzadə – Vorakan Soda (Tailand)

Qeyd edək ki, dünənki mübarizədən sonra İrina Zaretskayanın (-68 kq) ikinci dəfə dünya çempionu olmaq imkanı var. Həmçinin Asiman Qurbanlının (+84 kq) ilk dəfə dünya çempionatının bürünc mükafatçısı olmaq şansı mövcuddur.

İslahat.az