16 Noyabr 2021
11:48
21364

Karate üzrə dünya çempionatı başladı: Asiman üç rəqibinə qalib gəldi

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə dünya çempionatı başlayıb.

İslahat.az xəbər verir ki, bu gün 5 çəki dərəcəsində kumite yarışlarının ilkin mərhələləri keçirilir.

Yarışın ilk günü İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) mübarizəyə qatılıb.

Artıq II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı yer aldığı 4-cü səbətdə 3 rəqibinə qalib gəlib.

Dünya çempionatı

Qadınlar

-68 kq İrina Zaretskaya – Vendi Moskera (Kolumbiya)/Nesrin Buqrin (Belçika) cütünün qalibi

+68 kq Fəridə Əliyeva – Sirus Linql (ABŞ)

Kişilər

-75 kq Rafael Ağayev – Fenq-cen Li (Tayvan)

-84 kq Pənah Abdullayev – Meris Muxoviç (Bosniya və Herseqovina)

+84 kq Asiman Qurbanlı – Rıdvan Kaptan (Türkiyə) 3:0

Asiman Qurbanlı – Aleksey Vodçits (Belarus) 0:0

Asiman Qurbanlı – Andrey Ozerov (Latviya) 8:0

Asiman Qurbanlı – Kristian Petersen (Danimarka)

İslahat.az