10 Aprel 2020
12:43
378

Karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı - VİDEO

Karantin rejimini pozan 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

İslahat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilir ki, ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulması səbəbindən aprelin 9-u saat 00:00-dan sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

İslahat.az