KamAZ qadının üstündən keçdi — Bakıda dəhşətli qəza- FOTOLAR
Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
İslahat.az verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.
Verilən məlumata görə, qəza Biləcəri qəsəbəsinin girişində, "Sarı market”in qarşısında baş verib.
Belə ki, KamAZ markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
İslahat.az