13 May 2019
12:00
815

Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni "Azərbaycan Milli Günü” elan edib.

Bu barədə Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib. 

Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə "Azərbaycan Milli Günü” elan edilir.
 
İslahat.az