31 Oktyabr 2020
10:15
1575

İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə çatdı

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.
 
İslahat.az