İvanovkadan yüzlərlə ton üzüm töhfəsi (FOTOLAR)
İsmayıllının İvanovka kəndində yüzlərlə ton üzüm yığılır.
İslahat.az xəbər verir ki, Nikitin adına Kolxoza məxsus 290 hektarlıq bağ sahəsində rayonun 60-a yaxın sakini çalışır. Texniki istehsalat məqsədilə yetişdirilmiş məhsul əsasən, qara üzümlərdən ibarətdir və yük maşınları ilə şərab zavodlarına daşınır.
Qeyd edək ki, yığım prosesi 4 gündür başlayıb, 1 ay müddətində başa çatdırılması nəzərdə tutulur.
İslahat.az