09 Sentyabr 2022
11:02
18658

İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü

Azərbaycan-İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.

Respublikamız bu gün İtaliyanın əsas tərəfdaşlarından biridir. Azərbaycanla münasibətlər yüksək səviyyədədir. İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir.Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi.Bununnəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdən biridir.

Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya budəfəki səfəri isə Azərbaycan-İtaliya münasibətlərində yeni səhifələr açacaq. Səfər zamanıAzərbaycanın İtaliyadakı səfirliyininyeni binasının açılışının olması vəbinada ilk tədbirinİtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimiolduqca mühüm hadisə idi.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellailə görüş zamanıAzərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən İlham Əliyevçıxışında qlobal miqyaslı layihələrin ilk öncə İtaliya ilə qurulduğunu vəölkəmizinuzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdaolduğunu diqqətə çatdırdı. Belə kiAzərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Qəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.İlham Əliyev Azərbaycanın qaz ethiyatlarından da söz açaraq bu il qazınhəcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğuladı.

Bunlarla yanaşı,sentyabrın 2-də İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış” və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.Məlum olduğu kimi"The European House – Ambrosetti” İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir.Müxtəlif illərdə Çernobbio forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.Foruma xüsusi qonaq kimi dəvət edilən İlham Əliyev çıxışında bir daha Azərbaycanın iqtisadi qüdrətindən söz açaraq həyata keçirdiyi mühüm qlobalmiqyaslı layihələrdən söz açdı və ölkəmizin Avropa üçün əhəmiyyətini dəyərləndirdi.

Prezidentİlham Əliyevin budövlət səfərinin nəticələrini təhlil edərkən bir daha görürükki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələrarasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdədə əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan vəİtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafınatəkan verir. Bütövlükdə, İtaliya səfəriPrezident İlham Əliyevin yürütdüyü siyasətin qlobalmiqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzununbariz təcəssümü kimi tarixə düşdü.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

İslahat.az