10 İyul 2019
12:21
894

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü — FOTO

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

İslahat.az Oxu.Az-a istinadən xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Gürcüstan polisi faktı araşdırır.
 
İslahat.az