24 May 2020
09:22
398

İspaniyada son bir gündə koronavirusdan 48 nəfər ölüb

İspaniyada son bir gündə koronavirusdan 48 nəfər ölüb.

İslahat.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən "El Mundo" bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirus pandemiyası qurbanlarının ümumi sayı 28 678 nəfərə çatıb.

Son 24 saatda koronavirusa 361 yeni yoluxma aşkarlanıb. Beləliklə, 235 290 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.
 
İslahat.az