06 Sentyabr 2021
11:31
21153

İşdən qovuldu, həyatı dəyişdi: danışmadan milyonlar qazanır…

İtaliyanın Çivasso şəhərində yaşayan 21 yaşlı Xabane Leymin həyatı işlədiyi zavoddan qovulduqdan sonra tamamilə dəyişib.

İslahat.az xəbər verir ki, 2020-ci il martın 15-də işdən qovulan Leym elə həmin gün özünə TikTok hesabı açaraq, danışmadan videolar çəkməyə başladı. Gənc adam qısa müddətdə izləyicilərinin sayını 100 milyona çatdıraraq Avropada zirvəyə yüksələ bilib.

İndi Leym TikTok sayəsində milyonlar qazanır. Leym videolarında qətiyyən danışmır, yalnız jest və mimikadan istifadə edir.

Çarli d’Amelio 123.6 milyon abunəçisi və ümumilikdə 9.8 milyard bəyənmə ilə ən çox izləyicisi olan TikTok hesabına sahibdir. Ümumi 1.6 milyard bəyənmə ilə Leymin tezliklə d’Amelionu keçəcəyi və TikTokda ən çox izləyicisi olan məzmun istehsalçısı olacağı təxmin edilir.

İslahat.az