13 Yanvar 2020
11:26
751

«İraqın bizim banklarda 35 milyard dollar pulu var, KOMPENSASİYA ÖDƏMƏSƏ...»

ABŞ amerikalı hərbçilərin İraqdan çıxarılacağı təqdirdə bu ölkədəki hərbi bazaların, aerodromların və səfirliyin tikintisi ilə bağlı kompensasiya tələb etmək hüququna malik olacaq.

İslahat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Fox News telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İraq tərəfi amerikalı hərbçilərin ölkədən çıxarılması barədə açıqlama versə də, fərdi şəkildə bunu dilə gətirmir.

Donald Tramp Vaşinqtonun Bağdaddan kompensasiya alınmasına necə nail olacağı barədə suala belə cavab verib. "Hazırda onların bizim banklarda 35 milyard dollar vəsaiti var. Hesab edirəm ki, onlar ya kompensasiyanı ödəyəcək, yaxud həmin vəsait hesablarda qalacaq”.

İslahat.az