26 Dekabr 2019
17:13
857

İraq prezidenti istefa verdi

İraqın Prezidenti Bərham Saleh parlamentə müraciət edərək, istefaya göndərilməsini xahiş edib. 

İslahat.az xəbər verir ki, məlumatı "Əl Arabiya” telakanalı yayıb. 

Millət vəkillərinə müraciətində Saleh siyasi və parlament fəaliyyətinin xalqın ali maraqlarına cavab verməli olduğunu vurğulayıb.

İraq prezidenti ölkədəki ağır siyasi vəziyyət və partiyaların yeni baş nazirin namizədliyi məsələsində razılaşmasının mümkünsüzlüyü şəraitində istefa ilə bağlı müraciət edib.

İslahat.az