08 Yanvar 2020
09:12
774

İranın zərbələrindən sonra ABŞ neftinin - QİYMƏTİ BAHALAŞIB

İranın Birləşmiş Ştatların İraqdakı bazalarına hücum xəbərindən sonra ABŞ-ın WTI markalı nefti 65 dollara qədər bahalaşıb.

İslahat.az xəbər verir ki, bunu ABŞ-ın elektron ticarətinin məlumatları əks etdirir.

ABŞ vaxtı ilə saat 19:11-də (Bakı vaxtı ilə saat 4:11-də) neftin qiyməti 65,14 dollara çatıb.

Qeyd edək ki, daha əvvəl Pentaqon İranın ABŞ-ın İraqdakı azı 2 bazasına hücum etdiyini xəbər verib. 

İslahat.az