05 Avqust 2020
15:30
311

İranda son sutkada 185 nəfər koronavirusdan vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 185 nəfər vəfat edib.

İslahat.az APA-uya istinadən xəbər verir ki, u barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 802 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 697 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 317 483 nəfərə çatıb.

İslahat.az