30 Mart 2020
13:58
401

İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfərə çatdı

İranda daha 117 nəfər koronavirusun qurbanı olub.

İslahat.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 2 757 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 3 186 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 41 495 nəfərə çatıb.

K.Cahanpur həmçinin 13 911 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

O həmçinin xəstəxanalarda müalicə alan 3 511 nəfərin vəziyyətinin ağır olduğunu da söyləyib.

İslahat.az