16 Mart 2020
17:02
262

İranda koronavirusa yoluxanların sayı 15 minə çatır

İranda sutka ərzində koronavirusdan 129 nəfər ölüb. Bununla da 14 991 yoluxma halının qeydə alındığı ölkədə qurbanlarının sayı 853-ə çatıb.

İslahat.az bildirir ki, "RİA Novosti”nin məlumatına görə, bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əli Reza Vahabzadə danışıb.

"Ötən gündən 1053 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxanların sayı ümumilikdə 14991-ə çatıb. Ötən sutka 129 nəfər ölüb, qurbanların sayı 853-ə çatıb”, - Vahabzadə qeyd edib.

İslahat.az