İran - yer kürəsi bəşəriyyətinin təkotaqlı mənzilidir. (c) Rafiq Tağı.
İlk dəfə "Soraya M.-in daşqalaq olması” filmini
izlədikdən sonra bu yazını yazmaq fikrinə gəldim. Bəlkə də, çoxları bu filmi
izləyib. Filmdə bir qadının başına gələn hadisələr və İranın molla rejiminin
həqiqətləri əsas istiqamətdir.
İranın dini qanunlarına Avropa hörmətlə yanaşır. İranın isə Avropaya olan
münasibətini yazmağa ehtiyac yoxdur. İran sərhəddən kənara ancaq erkən
nikahlıq, narkotik və sairə bu kimi nümunələr bəxş edir.
"İran” adlanan yer!
Güney Azərbaycanda yaşayan soydaşlarım üçün hər zaman internet vasitəsi ilə
izlədiyim video və xəbərlərdən narahat olmuşam. Eyni xəbərləri oxumaq və görmək
adət formasını alıb. Həbslər, edamlar, yox edilən insanlar və heç bir
informasiya bildirməmək kimi xəbərlər "molla” rejiminin adət olunmuş
qanunlarıdır.
Zamanla güneyli soydaşlarımız Babəkin şərəfinə Bəzz qalasına ildə bir dəfə
yürüş edirlər. Bu yürüş bir şərəfdir. Hər yürüş zamanı böyük təzyiqlərə məruz
qalırlar. Yürüşü ləğv etmək üçün molla rejimi istədiyi kimi hərəkət edir.
Kimini tutub, kimini isə yürüşdə döyərək və silahlarla qorxudaraq qarşısını
almaq istəyirlər. Amma bizim soydaşlarımız həmin günün olması üçün ölümü belə
gözə alırlar.
90 dəqiqəlik Azadlıq!
Soydaşlarımızın tək azad hiss etdikləri yer "Traxtor Sazi” klubunun
stadionu olub. Bu stadionda hər bir Güney azərbaycanlının azadlığı həftədə bir
dəfə və 90 dəqiqəlik hiss olunur.
90 dəqiqəyə bərabər olan azadlıq isə yenə də molla rejimin polis məmurları
tərəfindən nəzarətdə olur. Stadionda olan hər bir azarkeş bozqurd işarəsini
göstərməkdən və Güney Azərbaycan bayrağını dalğalandırmaqdan qorxmur.
Nəticə isə 90 dəqiqəyə bərabər olan azadlıq sona çatır. Oyundan sonra rejimin
məmurları lazımi şəxsləri həbs edir, bir neçə gün zindanlarda nəzarətdə
saxlayaraq işgəncələr verirlər. Ən sevimli işgəncə isə boz qurd işarəsini
göstərən güneylini həmin günün axşamı vəhşi itlə döyüşdürmələri olur.
15-ci əsr və ya "Müasir” ləkələr...
Zindanda baş verən işgəncələr isə bir islam ölkəsinin dinə bəxş etdiyi
"müasir” ləkələrdir. Ayaq barmağından çıxarılan dırnaqlar, bir ayağın baş
barmağından baş-aşağı asmaq, soyuq su ilə yuduqdan sonra insana verilən
"tok”lar və bu kimi işgəncələr molla rejiminin "sevimli”
xüsüsiyyətləridir. 40 gün zindanda verilən işgəncələrdən sonra "əsas
molla”nın qərarı ilə edam edilir. Bəzilərini isə heç bir məlumat verilmədən
başlarına hadisə törədilir. Yəni, ölümü belə çox görürlər.
Ramazan bayramında çöldə yemək yeyən şəxs cəzaya məruz qalır. Cəzası isə
qaşıqla qəbir qazmaq olur. Eyni cəza çöldə siqaret çəkənlərə də tətbiq edilir.
Çöldə içki içən şəxs isə canına 80 şallaq qəbul edir.
Üçüncü dəfə etdikdə isə həmin şəxs edam edilir. Facebook-dan istifadə edərək
kiminləsə "kontakt”da olmaq və xaricdə təhsil almaq molla rejiminə
tərsdir.
Su aydınlıqdır, dünyaya aydın olmayan
yer isə "İran”dır!
2011-ci ilin ən böyük hadisəsi Urmiya gölünün qurumaq təhlükəsi oldu. Gölün
qurumamasına görə soydaşlarımız "İran” adlanan yerdən yardım istədi. İran
isə gölün qurumasına göz yumdu. Çünki Urmiya gölünün quruması soydaşlarımızın
həyatı təhlükədə olmasına bərabər idi. Bəhanə isə gölün yüksək dərəcədə
duzluluğu olub. İnsan yarasının acısını duz hər zaman hiss etdirib və nəticədə
insanı məhv edib. Urmiya gölü isə güneyli soydaşlarımızın ən böyük yarası oldu.
Sonda:
"İran” adlanan yerdə baş verən hadisələr həmişə maraq dairəmdə olacaq.
Azərbaycan Respublikası varsa, hər zaman 50 milyonuq və artacağıq! Molla
rejiminin din "qanun”ları, "İran” adlanan yerin Azərbaycan
Respublikasına göstərmək istədiyi xof heç bir zaman bizim 50 milyonluq
Azərbaycanlı birliyimizi ayırmayacaq. Mən fəxr edirəmki, 50 milyon
Azərbaycanlının soydaşıyam!
"Oxu-magiya" kitabı
İslahat.az