04 Sentyabr 2021
14:18
21318

İradə İbrahimova Paralimpiya Oyunlarının rekordunu qıran qardaşı qızından danışdı - FOTO

Tokio Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva qızıl medal qazanıb.

Lamiyə 55 saniyəyə finişə çatmaqla doqquz illik Paralimpiya rekordunu qıraraq qalib olub. 

L.Vəliyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın qardaşı qızıdır.

İslahat.az xəbər verir ki, İ.İbrahimova onun qələbə qazanması ilə bağlı təəssüratlarını Oxu.Az-a bölüşüb:

"Lamiyə Tokio Paralimpiya Oyunlarında qələbə qazanmaqla Azərbaycanın üçrəngli bayrağını zirvələrə ucaltdı. Bu gün hər kəs onunla qürur duyur. Mən isə ikiqat sevinirəm və qürurlanıram.

Lamiyə gözümüzün önündə böyüyüb. Düzü, o uşaq olandan heç kim onun idmanla məşğul olacağını ağlına belə gətirməzdi. Lamiyə 12-13 yaşında olarkən babasının sayəsində qaçış idmanına həvəsləndi və bununla da potensialı üzə çıxdı.

Bu gün Lamiyə təkcə ailəsinə, doğmalarına deyil, vətəninə sevinc bəxş etdi. Bu gün babasının da ruhu şaddır. Qalib Azərbaycanımızın çempion və mükafatçılarının uğurları davamlı olsun”.

İslahat.az