28 Noyabr 2019
16:24
691

İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.

İslahat.az "Report"a istinadən xəbər verir ki, bu, Fuad Pənahovdur.

O, bundan əvvəl nazirliyə məxsus "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu köhnə vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.

AZPROMO prezidentinin digər müşaviri isə əvvəlki qaydada Nəcmin Həsənlidir. Fondun prezident vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir. 

İslahat.az