20 Dekabr 2019
15:50
940

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan film çəkildi- FOTOLAR

Bu günlərdə İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı  film çəkilmişdir. Filmi İnsan Alverinə Qarşı  Mübarizə Təşkilatı  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər  Nazirliyinin və DİN-nin İnsan Alverinə  Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə çəkmişdir. Filmin layihə rəhbəri və ssenari müəllifi  Ramiz Alıyev, Qurluşcu rejissoru  isə Elvin Rüstəmzədədir. Filmin digər tərəfdaşı "Makmarin”  LTD şirkəti, media tərəfdaşı isə Azad Azərbaycan Televizyasıdır. "Mələklərin Qurtuluşu” adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların  bədən orqanlarının çıxarılaraq satılmasına və  cinsi istismara məruz qoyulmasına həsr olunub.

İslahat.az xəbər verir ki, filmin icraçı prodüseri  Nicat Həsənzadə, rejissoru Dilarə Vəliyeva, mantaj edən Elgün Xeyrullayev, rejissor asisstenti  Anar Kərimli, quruluşçu operatoru Anar Dadaşov, operatoru Sübhan Quluzadədir. Filmdə xalq artisti Şamil Süleymanlı, əməkdar artist Gülər Nəbiyeva, aktrisalar Aytac Məmmədova, Sevinc Əliyeva, Gülmirə Fərzəliyeva, Günay Rüstəmli, Vüsalə sarı, aktyorlar Nicat Həsənzadə, İsmayıl Kərimov, Kamil Nazim, Asiman Ağa və s. rol almışlar.  Qeyd edək ki, filimin rejissoru  baş  rolu  gənc aktrisa Aytac Məmmədovaya həvalə edilmişdir. 

Filmin çəkilişi "BİZ Group”-a,  texniki dəstəyi isə  "Baku Art Lab” şirkətinə  məxsusdur.

Filmin çəkilişi zamanı dəstək göstərmiş təşkilatlar: "Pulman Hotel”,  "Caspian Business  Hotel”,  "NB Lazur Hospital”, "Cafe Park Restoranlar Şəbəkəsi” , "Best Group Fotostudio”.

Qeyd edək ki, film  yaxın günlərdə ictimaətə təqdim olunacaq.
 
İslahat.az