10 Aprel 2019
11:18
1639

Çingiz “Avroviziya” mahnısını fərqli tərzdə ifa etdi - VİDEO

Azərbaycanı "Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında təmsil edəcək müğənni Çingiz Mustafayev səsləndirəcəyi "Truth” mahnısını bu dəfə akustik versiyada ifa edib.

İslahat.az xəbər verir ki, Çingiz mahnını fərqli tərzdə səsləndirərək onu ekranlaşdırıb.

İfaçı layihəni rəsmi "Youtube” səhifəsinə yayımlayıb.

"Mahnıları "cover” etməyi, onları fərqli səsləndirməyi və öz musiqi tərzimlə toxunmağı çox sevirəm. Bu dəfə "Avroviziya” mahnım "Truth”u "cover” etdim. Akustik versiyanın ləzzətini çıxarın. Ümid edirəm ki, bunu çox bəyənəcəksiniz”, - deyə Çingiz "Instagram” hesabında yazıb.
 
İslahat.az