25 İyun 2020
10:26
426

İndiyədək 9 129 146 nəfər yoluxub, 473 797 nəfər ölüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 135 mindən çox artıb.

İslahat.az bildirir ki, "TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 135 212 nəfər yeni koronavirusa yoluxub, 4 187 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 129 146, ölənlərin isə 473 797 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 507 006 yoluxma və 226 504 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 581 602, ölənlərin sayı isə 194 530 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 950 730 yoluxma və 21 439 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
 
İslahat.az