19 May 2020
08:32
357

Çində son gündə 6 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 6 nəfərdə yeni növ koronavirusun aktiv forması və 17 simptomsuz yoluxma halı aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxma hallarının üçü ölkə daxilində qeydə alınıb. Xaricdən gəlmə yoluxma hallarının sayı isə üçdür.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb. Hazırda 389 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 960 nəfərə çatıb. Ölkədə müalicə alan 78 241 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb. 
 
İslahat.az