30 Mart 2020
11:28
363

Çində koronavirusa yoluxanların 93 faizi sağalıb

Ötən 24 saat ərzində Çində koronavirus səbəbindən 4 nəfər ölüb, 31 nəfər isə virusa yoluxub. Bununla da virusa yoluxanların cəmi sayı 81 470 nəfərə çatıb.

İslahat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, Çində cəmi 723 idxal koronavirus (xaricdə gələnlərdə) infeksiyası aşkarlanıb. Son 24 saat ərzində xəstəxanalarda müalicə alan 322 nəfər sağalıb. Hazırda 630 nəfər müalicə alır ki, onlardan da 19-nun vəziyyəti ağırdır.

Çində koronavirus xəstələrinin sayı hər gün azalır. Belə ki, hazırda ölkədə koronavirusa yoluxanların 93 faizi sağalıb.

İslahat.az