20 Aprel 2020
09:42
393

Çində bir gündə 12 nəfər koronavirusa yoluxdu

Son 24 saat ərzində Çinin materik hissəsində COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İslahat.az "TASS”a istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb. Eyni zamanda, idxal olunan koronavirusa yoluxma halı 1 583 nəfərə çatıb, onlardan 742-si sağalıb. Müalicə alan 841 nəfərdən 43-nün vəziyyəti ağırdır.

İslahat.az