27 May 2020
09:56
423

Çində 28 simptomsuz yoluxma halı aşkarlanıb

Çində ötən sutka ərzində bir nəfərdə yeni növ koronavirusun aktiv forması və 28 simptomsuz yoluxma halı aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxma halı Şanxayda qeydə alınıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 404 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 993 nəfərə çatıb. Ölkədə müalicə alan 78 280 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır. 
 
İslahat.az