08 Sentyabr 2021
11:13
22902

İmmun sertifikatının vaxtı bitənlərə bu halda COVID-19 pasportu veriləcək - RƏSMİ

İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdurarsa, vaksin sertifikatı ala bilər.

İslahat.az xəbər verir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır:

"İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə, artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə, 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır”.
İslahat.az