18 Yanvar 2021
13:16
13216

İlk vaksin Səhiyyə naziri Oqtay Şirəliyevə vuruldu - VİDEO

Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edək ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaşdan yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

İlk vaksin Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevə vurulub.