22 Dekabr 2018
15:58
2436

İlin trend fitness məşqçiləri seçilib

İslahat.az xəbər verir ki, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil olunan "Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib.

Təqdimat zamanı Nadir ƏzizbəyliRzabala Əzizbəyli fitness sahəsi üzrə ilin trend məşqçiləri olaraq mükafatlandırılıblar.

Qeyd edək ki, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.

"Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilmişdi. Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.

İslahat.az