09 Mart 2020
14:41
1131

"İLİN FƏAL GƏNCİ" - Fatimə Səfərova mükafatlandırılıb

8 mart "Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Fatimə Səfərova mükafatlandırılıb.

İslahat.az xəbər verir ki, "SMART PEOPLE AWARDS” layihəsi çərçivəsində Fatimə Səfərova "İLİN FƏAL GƏNCİ” nominasiyası üzrə mükafatlandırılıb.

Fatimə Səfərova Quba Dövlət Sosial-İqtisad Kollecində Aqrar sahə üzrə təhsil alır. Həmçinin, Quba Dövlət Sosial-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatının sədri, "WoWoman Azerbaijan” platformasının Quba regionu üzrə koordinatoru və Regional İnkişaf İctimai Birliyində aktiv fəaliyyət göstərir.

Fatimə Səfərova müxtəlif ictimai təşəbbüslərin, seminarların, təlimlərin və maarifləndirici layihələrin inkişaf istiqamətində fəaliyyət göstərir.

"SMART PEOPLE AWARDS" layihəsinin məqsədi öz sahəsində fərqlənən, yadda qalan, töhvə verən və uğurlu fəaliyyət göstərən şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə təqdim olunmasıdır. Mükafatçılar təşkilat komitəsi tərəfindən, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilir. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə öz sahəsi üzrə təqdim olunur.

İslahat.az