23 Dekabr 2019
17:05
827

İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

İslahat.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılıb.

İslahat.az