11 Oktyabr 2018
13:47
623

İlham Əliyev və xanımı uşaq bağçasının açılışında

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik "Günəş” körpələr evi-uşaq bağçası açılıb.

İslahat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
 
İslahat.az