04 Dekabr 2020
16:06
5130

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında - FOTO/VİDEO

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

İslahat.az xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar.

Azərbaycanın dövlət himni səsləndirilib.