20 Dekabr 2019
11:26
763

İlham Əliyev tutulan icra başçısını vəzifəsindən azad etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizaməddin Məhəmməd oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

İslahat.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramazan Tatarov saxlanılıb.

İslahat.az