29 Dekabr 2019
10:12
741

İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında - İŞTİRAK EDİB

Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.

İslahat.az xəbər verir ki, Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsdi.

İslahat.az