14 Sentyabr 2018
13:12
867

İlham Əliyev məktəb açılışında - FOTO

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

İslahat.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb.