13 Aprel 2021
12:20
15439

İlham Əliyev: “Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər”

"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər”.

 

İslahat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxışı zamanı bildirib.

"Hərbçilərimiz ləyaqətlə davranırdılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfindən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə sübut edir. Biz qanunsuz olaraq məskunlaşdırılmış əraziləri azad edirdik. Ancaq hərbçilərimizin hücumları yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda iştirak edənlərdir. Bu səfərbər edilmiş və hərbi əməliyyatların bir hissəsi olan mülki şəxslər idi”, - prezident deyib.

 

İslahat.az