12 Noyabr 2021
15:22
22143

İlham Əliyev dünya liderləri ilə gəmidə söhbət etdi - FOTOLAR

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

İslahat.az xəbər verir ki, açılış mərasimindən sonra ölkə liderləri Türk Şurasının dövlət başçılarının 8-ci zirvə görüşünün keçiriləcəyi "Demokratiya və Azadlıqlar Adası”na yollanıb.

Liderlər adaya doğru gedərkən gəmidə söhbət aparıblar.

İslahat.az