28 Dekabr 2021
11:28
23295

İlham Əliyev bu gün MDB-nin sammitində iştirak edəcək

Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

İslahat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.

"Sputnik Ermənistan”ın məlumatına görə, ölkənin Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin də sırasında olduğu MDB liderləri ilə danışıqlar aparacaq. Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.

İslahat.az