27 İyun 2019
17:38
690

İlham Əliyev Bakı İcra Hakimiyyətinə pul ayırdı

Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərinmaddi təminatı haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə birmilyon manat ayrılıb.

Maliyyə Nazirliyimüvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

İslahat.az