09 Aprel 2021
17:11
15257

İl ərzində məzuniyyət hüququndan istifadə etməyənlər işdən azad edilə bilər? - AÇIQLAMA

İşəgötürənin işçini məzuniyyət hüququndan istifadə etmədiyinə görə işdən azad etməsinə dair Əmək Məcəlləsində konkret bir tələb yoxdur. Lakin biz Əmək Məcəlləsinə müvafiq dəyişikliklər hazırlamışıq.

İslahat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov "Növbətçi Müfəttiş”də çıxışı zamanı izləyicilərdən gələn sualları cavablandırarkən deyib.

 "Biz bununla bağlı müəyyən tələblərin nəzərə alınmasını istəyirik. İşçi bilərəkdən öz məzuniyyətini istifadə etmir ki, sonda müəyyən kompensasiya alsın. Lakin, bu düzgün deyil. Ona görə də işəgötürənlərə tövsiyə edirik ki, məzuniyyətlə bağlı işçilərlə razılaşdırılmış halda əvvəlcədən məzuniyyət qrafiki təsdiq edilsin.

Bu, məcburi deyil, lakin qrafik tərtib olunsa, işçi ilə işəgötürən arasında bu kimi məsələlərdə mübahisəli məqam qalmaz. İl ərzində mütləq şəkildə məzuniyyət hüququnun istifadə edilməsi ilə bağlı Əmək Müfəttişliyi tərəfindən Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”, - deyə o bildirib.

 

İslahat.az