14 Sentyabr 2021
12:34
20134

İkinci Dünya Müharibəsinin ən yaşlı veteranı 112 yaşını qeyd etdi - FOTO

İkinci Dünya Müharibəsinin ən yaşlı nümayəndəsi 112 yaşını qeyd edib.
 
İslahat.az xəbər verir ki, ABŞ-da Qocalar Evində yaşayan veteran Lavrens Bruks üçün ad günü mərasimi təşkil edilib. İkinci Dünya Müharibəsi Muzeyi rəsmiləri yaşlı veteran üçün mərasimdə orkestrin müşayiəti ilə müharibə zamanı istifadə edilən "Jeep" modelli avtomobillərlə yürüş keçiriblər.
 
Hətta Bruksun doğum günü ABŞ-ın Luizana əyalətində rəsmi bayram günü kimi elan olunub.

ABŞ ordusuna 1940-cı ildə 91-ci Mühəndis Taburunun əsgəri olaraq qoşulan Bruks, Filippin və Papua, Yeni Qvineya kimi uzaq coğrafiyalarda xidmət edib.

İslahat.az