29 Mart 2022
11:26
20229

İgidliyi ilə tarix yazan qəhrəmanımız - FOTOLAR

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular.

İslahat.az xəbər verir ki, öz igidliyi ilə tarix yazan qəhrəmanlardan biri Muradov Samir Tahir oğludur.

Muradov Samir Tahir oğlu 1995-ci il dekabrın 30-da Siyəzən şəhərində anadan olub. 2002-ci ildə Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2013-cü ildə isə həmin məktəbin 11-ci sinifini bitirib.

Daha sonra 2014-cü ilin yanvar ayında Abşeron rayon hərbi komissarlıq tərəfindən müddətli hərbi xidmətə çağırılıb. Əsgərliyini 3 ay Naxçıvan şəhərinin Culfa rayonunda, 15 ayını isə Naxçıvan şəhərində 215 saylı hərbi hissənin kəşfiyyat bölüyündə snayperçi olub. 2015-ci ilin iyul ayında vəzifəsini bitirib geri qayıdıb.

Ailənin tək oğlu olan Samir 2020-ci il sentyabrın 29-da hərbi komisarlığın əmri ilə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılıb.

Füzulinin, Cəbrayılın, Hadrutun, Xocavəndin alınması uğrunda gedən döyüşlərdə işdirak edib, 2020-ci il oktyabrın 22-də Xocavəndin Ərgünəş yüksəkliyində gedən qızğın döyüşlər zamanı qarnından və ayaq nahiyəsindən aldığı qəlpə yarası nəticəsində ön xəttə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Füzuli, Cəbrayıl və Vətən uğrunda medalları ilə təltif edilib.

Ruhu uca olsun!

İslahat.az