10 Avqust 2020
13:52
769

İctimai Xadim Elşən Gəncəvi Yenigündəm.az xəbər portalını təbrik etdi

"Oxu-magiya" kitabının yazarı, "AMVPRESS.AZ" informasiya portalının baş redaktoru, "PUBLIC" jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifi, AMV Şirkətlər Qrupunun rəhbəri, İş Adamı, İctimai Xadim Elşən Gəncəvi Yenigundem.az saytını 3 yaşının tamam olması münasibəti ilə təbrik edib.

İslahat.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün ölkənin tanınmış xəbər saytlarından olan Yenigundem.az-ın 3 yaşı tamam oldu.
Sayt ölkədə və dünyada baş verən hadisələri yaxından izləyir, təhlil edir və oxuculara çatdırır. Bundan başqa, xəbər saytında müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar da işıqlandırılır. 

Yenigundem.az sıx əməkdaşlıq etdiyim, azad sözün qorunması üçün birlikdə addımlar atdığım saytlardandır.

Bu münasibətlə saytın kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əməkdaşlığımız davamlı olsun!".
 
İslahat.az